AZ

Bakıda TDTXəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilir

BAKI, 3 dekabr. TELEQERAF

Bakıda Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilir.

Teleqraf xəbər verir ki, Türk Dövlətlərişkilatının Qurumları Rəhbərlərinin 2-ci İclası çərçivəsində bəyənnamə qəbul olunacaq.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edir.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.

Qeyd edək ki, Bakıda təşkil olunan iclasda TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

Seçilən
154
11
teleqraf.com

10Mənbələr