AZ

Hüquq-mühafizə orqanları əməliyyat keçirdi, millinin sabiq müdafiəçisi saxlanıldı

Türkiyə millisində, “Fənərbaxça” və “Beşiktaş” kimi klublarda çıxış etmiş Gökhan Gönül saxlanılıb.

Sportinfo.az xəbər verir ki, sabiq müdafiəçi hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.

G.Gönül birja manipulyasiyası etməkdə günahlandırılır.

Gökhan Gönül 2008/16 və 2020/21-ci illər arasında “Fənərbaxça”da, 2016/20-ci illər arasında isə “Beşiktaş”da çıxış edib.

O, Türkiyə millisinin formasında 66 dəfə meydana çıxıb.

Seçilən
172
19
sportinfo.az

7Mənbələr