AZ

XİN rəhbərləri son toqquşmalardan telefon danışığı apardılar

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tacikistan və Əfqanıstanın xarici işlər nazirləri telefon danışığı aparıblar.

"Ölkə.az" xəbər verir ki, tərəflər siyasi və iqtisadi əməkdaşlıq, təhlükəsizlik koordinasiyası və sərhəddəki vəziyyəti müzakirə ediblər. 

XİN rəhbərləri Çin vətəndaşlarının ölümü ilə nəticələnən son sərhəd hadisələrini qınayıblar.

Tərəflər regional sabitliyin təmin edilməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar. Əfqanıstanlı nazir sərhəd təhlükəsizliyini gücləndirməyə və birgə araşdırmalar aparmağa hazır olduqlarını bəyan edib.

Nazirlər regionda sabitliyə nail olmaq və "araqarışdıran qrupların ölkələr arasında münasibətləri pozmasının qarşısını almaq" üçün birgə işləməyə davam etməyin vacibliyini qeyd ediblər.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
olke.az

3Mənbələr