AZ

Tramp: 8 müharibəni bitirdik, daha birini də bitirəcəyik

BAKI, 2 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hökumət üzvlərinin toplantısında çıxışı zamanı administrasiyası dövründə səkkiz müharibəyə son qoyduğunu,daha bir münaqişəni də yekunlaşdıracağına inandığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp hər bir müharibənin başa çatdırılmasının onun Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı müzakirələri gündəmə gətirdiyini qeyd edib.

“Deyirlər ki, əgər o, Rusiya və Ukrayna arasında müharibəyə son qoysa, Nobel Mükafatını alacaq. Bəs digər səkkiz müharibə? Mənim başa vurduğum müharibələri düşünün. Hər biri üçün Nobel Mükafatı almalıyam. Amma acgöz olmaq istəmirəm, bu mənim üçün əhəmiyyətsizdir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, ötən il Rusiya–Ukrayna müharibəsində 27 min gənc həlak olub.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr