AZ

Tramp: İndiki administrasiya dövründə 8 müharibə bitirdik, amma daha birini də edəcəyik

Vaşinqton, 2 dekabr, AZƏRTAC

“Biz indiki administrasiya dövründə 8 müharibə bitirdik, amma düşünürəm ki, daha birini də edəcəyik”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp kabinetin iclasında çıxışı zamanı deyib.

ABŞ lideri bildirib ki, hər müharibəyə son qoyduğunda onun Nobel Sülh Mükafatı alması məsələsi gündəmə gəlir.

“İndi deyirlər ki, “əgər o, Rusiya və Ukrayna ilə müharibəyə son qoysa, Nobel Mükafatını alacaq”. Bəs digər səkkiz müharibə necə olacaq? Mənim başa vurduğum bütün müharibələri düşünün. Hər müharibəyə görə Nobel Mükafatı almalıyam. Amma acgöz olmaq istəmirəm. Mənim üçün bu, əhəmiyyətsizdir. Ötən il Rusiya-Ukrayna müharibəsinə görə 27 min gənc ölüb”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
36
2
azertag.az

3Mənbələr