"110 manatdan 320 manata qədər bu artımı təmin etmişik. Hazırda minimum pensiyanın minimum əmək haqqına nisbəti 80 % təşkil edir. Orta aylıq pensiyalarda artım isə 2,6 dəfədir. Yəni biz ümumi pensiyanın üç qrup üzrə (yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə) 208 manatdan 540 manata çatdırılmasına nail ola bilmişik. Yaşa görə orta aylıq pensiyada 2,5 dəfə artımı müşahidə eləyirik. Yəni 234 manatdan 575 manata biz bu məbləğləri artırmışıq. Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti hazırda 50 % təşkil edir. Sosial müavinət və təqaüd ödənişlərində biz 5 dəfə artıma nail olmuşuq. Yəni biz 400 milyon manatdan artıq 2026-cı ildə 2 milyard manat xərcə gəlib çıxmışıq", - deyə o qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta