AZ

Ağır qəza: “VAZ” ağaca çırpılıb iki yerə qatlandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Göyçay-Ucar yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 2-də saat 18:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. İlkin ehtimallara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb, sürücü yüngül bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
11
avtosfer.az

4Mənbələr