AZ

Nazir: Minimum əməkhaqqını 130 manatdan 400 manata çatdıra bilmişik

Bakı, 2 dekabr, AZƏRTAC

Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

Minimum əməkhaqqının mütəmadi olaraq artırılmasının təmin edildiyini deyən nazir bildirib: “Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqının məbləği 130 manat idi”.

 

Seçilən
8
4
azertag.az

6Mənbələr