AZ

Nazir: Növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorunun hesabına təmin edəcəyik

Bakı, 2 dekabr, AZƏRTAC

2026-cı ilin icmal büdcəsində Azərbaycanda qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq. Demək olar ki, biz növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorunun hesabına təmin edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

Nazirin sözlərinə görə, 2029-cu ilə qədər bu göstəricinin xərclər çərçivəsi daxilində 69-70 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə atılacaq ardıcıl addımlar ölkənin neftdən asılılığını daha da azaltmaqla, qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.

O bildirib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərində payı artıq 57 faizdir. İcmal büdcədə bu rəqəm 63 faizə, dövlət büdcəsində isə 57,4 faizə yüksələcək. Ümumi vergi daxilolmaları üzrə qeyri-neft vergilərinin payı isə 79 faizə çatacaq. Bu iki göstərici son 20 ilin ən yüksək nəticələridir və Azərbaycanın müəyyən edilmiş hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Seçilən
52
14
azertag.az

10Mənbələr