Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna Müharibəsini yekunlaşdıracaq sülh planı üzərində ABŞ tərəfi ilə birlikdə çalışdıqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“İşlər Cenevrə Sənədinə əsaslanırdı və bu sənəd (sülh planı) daha sonra inkişaf etdirildi", - o qeyd edib.
Zelenski Vaşinqton administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı sülh planına dair danışıqların ABŞ-da aparıldığını xatırladıb.
ABŞ-dəkı görüşlərdə iştirak edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun rəhbərlik etdiyi heyəti qəbul etdiyini və onlardan məlumat aldığını qeyd edən Zelenski telefonda danışılması mümkün olmayan mövzuları üz-üzə müzakirə etdiklərini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Umerov ABŞ rəsmiləri ilə sülh planı üzərində çalışıb və həmin danışıqlarda Ukrayna üçün əsas məsələlər haqqında ABŞ tərəfini məlumatlandırıb.
Zelenski ABŞ tərəfi ilə sıx əməkdaşlıq edərək işləri davam etdirmək üçün heyətə tapşırıq verdiyini, həmçinin cəbhə xəttindəki inkişaflarla bağlı müttəfiqləri məlumatlandırmağa davam edəcəklərini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.