Aktual.az xəbər verir ki, bu barədə "Döyçe Velle” nəşri məlumat yayıb.
"Almaniyanın rəsmi statistikasına görə, son illərdə Almaniyadan Rusiyaya protez ixracı əhəmiyyətli dərəcədə artıb. Müharibədən əvvəl Rusiya Almaniyadan ildə 15-20 milyon avro dəyərində protez və əlaqəli məhsullar idxal edirdi. Bu rəqəmlər 2022-2023-cü illərdə 25 milyon, 2024-cü ildə 47,8 milyon, 2025-ci ilin əvvəlindən isə 53 milyona çatıb. Almaniyanın ən böyük protez istehsalçısı "Ottobock” bildirib ki, hazırda qlobal gəlirinin 8,8%-i Rusiyanın payına düşür”, - məlumatda deyilib.