Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2026-cı ildə Azərbaycan banklarının mənfəəti müəyyən qədər zəifləsə də, ümumi gəlirlilik yüksək olaraq qalacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Hesabata görə, bankların qazancını geniş faiz marjaları dəstəkləyir. 2025-ci ilin 9 ayının sonunda marja 6,5% təşkil edib. Lakin 2026-cı ildə müddətli depozitlərin payının artması səbəbindən bu göstəricinin təxminən 50 baza bəndi azalacağı gözlənilir.
Bundan əlavə, kredit zərərləri üzrə ehtiyatların da artacağı proqnozlaşdırılır. Agentlik 2026-cı ildə kredit itkisi ehtiyatlarının orta kreditlərin 2%-i səviyyəsinə yüksələcəyini, halbuki bu göstəricinin 2025-ci ilin 9 ayında 1,2% olduğunu bildirir.
“Fitch”in qiymətləndirməsinə görə, faiz marjalarının azalması və ehtiyat ayırmalarının artması bankların əməliyyat mənfəətinə təsir edəcək. Buna baxmayaraq, sektor üzrə mənfəətliliyin güclü olaraq qalacağı qeyd edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.