Xalq artisti Röya Ayxan "Səs Azərbaycan" layihəsinin yadda qalan iştirakçılarından biri olan Teymur Hənifeyevlə yeni duetini dinləyicilərə təqdim edib.
BAKU.WS xəbər verir ki, "Dairəvi dünya" adlanan mahnının sözləri Rəşad Şirinova, musiqisi Fərid Ağaya məxsusdur.
Bununla da sənətçi tələbsi olan Teymur Hənifeyevə verdiyi sözü tutub.
Sözügedən duet artıq bütün musiqi platformalarında onlayndır.
Onu da bildirək ki, Teymur Hənifeyev müğənni İlqar Xəyalın oğludur.