AZ

Səsləri düzgün hesablayın! Tramp Hondurası hədələdi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Honduras hakimiyyətinə seçkilərin nəticələrinin düzgün tərtib edilmədiyi təqdirdə ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. 

"Unikal" xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" hesabında yazıb.

O, bildirib ki, səslərin hesablanması tamamlanmasa, ölkə “cəhənnəm cəzası” ilə üzləşəcək.

"Görünür, Honduras prezident seçkilərinin nəticələrini dəyişməyə çalışır", - Tramp yazıb.

Noyabrın 30-da Hondurasda ümumi seçkilər keçirilib və bu seçkilərdə təxminən 6,5 milyon vətəndaş dövlət başçısını, parlamenti və yerli hökuməti seçib. Mərkəzi Seçki Komissiyası hələlik yekun nəticələri açıqlamayıb.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
unikal.az

1Mənbələr