Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında bildirib.
“Braziliya COP30-un yekunu olaraq qərar layihəsi irəli sürdü. Azərbaycan və Norveçin apardığı bir neçə raundluq müzakirələrin nəticəsi ilə mətnin razılaşdırılması baş tutdu”, - o qeyd edib.