Gecə saatlarında Rusiyanın Orlov vilayətində yerləşən neft bazasına hücum həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna mərkəzli sosial media səhifələri məlumatına yayıb.
Məlumata görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Orlov vilayəti hakimiyyətinin rəsmi açıqlamasında təsdiqlənib ki, hücum nəticəsində yanacaq və enerji kompleksi obyektlərində yanğın baş verib. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub və yanğının digər obyektlərə yayılmasının qarşısı alınmağa çalışılır.
Rəsmilər qeyd ediblər ki, ilkin məlumatlara görə, insan tələfatı barədə məlumat yoxdur, lakin obyektlərdə maddi ziyan böyükdür. Yanğın söndürülənədək ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və əhali məlumatlandırılıb.
Rəsmi Kiyev hələlik məsələ ilə bağlı açıqlama verməyib. Hadisə bölgədəki gərginliyi artırmaqla yanaşı, enerji infrastrukturunun təhlükəsizliyi məsələsini də aktuallaşdırıb.
Görüntüləri təqdim edirik: