Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyada aparılan sorğu göstərib ki, ölkə əhalisinin yeni birinci narahatlığı internetin itməsidir.
Tribuna.az xəbər verir ki, 2025-ci ilin III rübündə 63 regionda internetin qeyri-sabitliyi əsas həyəcan mənbəyinə çevrilib — ötən rübdə bu problem cəmi 8 bölgədə qeyd olunurdu.
Ən çox narahatlıq Moskvada, Krasnodar diyarında, həmçinin Nijni Novqorod və Rostov vilayətlərindədir. Sorğuya görə, WhatsApp və Telegram zənglərinin bloklanması da top qorxular siyahısındadır. 46 regionda isə ilk üçlükdə alkohol satışına qadağa ehtimalı yer alır.
Maliyyə fırıldaqçıları mövzusu əvvəlki kimi gündəmi tutmur: artıq yalnız 14 regionda əsas narahatlıq kimi qalır.
Vətəndaşları narahat edən digər məsələlər: benzin qiymətlərinin artması, yeni utilizasiya yığımı qanunu və taksi xidmətlərindəki problemlər.
Rusiyada insanlar böyük siyasətdən çox, gündəlik rahatlıqlarının — sabit internetin qorunmasını prioritet sayır.
Musavat.com
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.