Bakı. Trend:
Gələn ilin fevralın 1-də Yaponiyanın son “Michibiki” peyki QZSSregional yerləşdirmə sisteminin bir hissəsi kimi orbitəburaxılacaq.
Trend-in məlumatına görə, bu barədə Yaponiya AerokosmikTədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
“Michibiki” seriyasının növbəti buraxılışı isə 7 dekabr 2025-ciilə planlaşdırılıb. Fevralın 1-dən sonra orbitdə yeddi “Michibiki”peykinin olması Yaponiyaya QZSS sistemini xarici peyk xidmətlərinəehtiyac qalmadan etibarlı şəkildə idarə etməyə imkan verəcək.
“Yapon GPS-i” kimi tanınan QZSS smartfonlar və digər cihazlarınyerinin müəyyən edilməsinin dəqiqliyini artırmaqla yanaşı, radioəhatə dairəsi məhdud olan bölgələrdə zəlzələ və digər təbiifəlakətlərlə bağlı fövqəladə xəbərdarlıqların ötürülməsini təminedir. Mülki istifadəçilər üçün QZSS-in yerüstü obyektlərinkoordinatlarının müəyyən edilməsində dəqiqliyi Amerika GPS-ində birneçə metr olduğu halda, cəmi bir neçə santimetr təşkil edir.