Azərbaycanlı iş adamı Vidadi Mustafayev Yekaterinburqda saxlanılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, V. Mustafayev təxminən iki saat əvvəl məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. O, dələduzluqda şübhəli bilinir.
Məlumata görə, V.Mustafayev torpaq alqı-satqısında yol verilən maxinasiya işləri ilə bağlı saxlanılıb.
Mustafayev üç ay əvvəl Uralda regional azərbaycanlı icmasının rəhbəri təyin edilib. Daha öncə bu vəzifədə hazırda həbsdə olan Şahin Şıxlinski çalışıb.