AZ

FED in növbəti sədri kim olacaq? Tramp namizədini seçib

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Pprezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) növbəti sədri vəzifəsinə namizədi müəyyən etdiyini bildirib. 

Yeniavaz.com xəbər verir ki, o, bazar günü jurnalistlərin suallarını cavablandırarkən “Kimin seçiləcəyini bilirəm, bəli. Bunu tezliklə elan edəcəyik”, – deyə vurğulayıb.

Qeyd edək ki, Trampın təqdim edəcəyi namizəd Senat tərəfindən təsdiqlənməlidir. Hazırda FED-ə rəhbərlik edən Cerom Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır. Tramp dəfələrlə Pauelli monetar siyasəti kifayət qədər tez yumşaltmamaqda tənqid edib və açıq şəkildə bildirib ki, FED sədri postunda faiz dərəcələrini daha sürətlə aşağı salmağa meyilli bir şəxsi görmək istəyir.

Ötən həftə ABŞ mediası Ağ Evin iqtisadi müşaviri Kevin Hassettin Mərkəzi Bankın rəhbərliyinə əsas namizəd olduğunu yazıb. ABŞ-nin maliyyə naziri Skott Bessent isə daha əvvəl bildirib ki, Tramp FED-in yeni sədrinin adını Milad bayramından (25 dekabr) əvvəl açıqlayacaq.

Xatırladaq ki, FED ABŞ-nin mərkəzi bankıdır və ölkənin pul-kredit siyasətini idarə edən əsas qurumdur. Onun başlıca vəzifələri inflyasiyanı nəzarətdə saxlamaq, maliyyə sabitliyini qorumaq və iqtisadi artımı dəstəkləməkdir. FED həmçinin ABŞ dollarının dəyərinə birbaşa təsir edən faiz dərəcələrini müəyyənləşdirir. Faiz qərarları dolların qlobal bazarlardakı gücünü artırıb-azalda bilir.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
18
yeniavaz.com

10Mənbələr