NATO Rusiyanın kiberhücumlarına, təxribatına və hava məkanının pozulmasına daha aqressiv cavab verməyi nəzərdən keçirir.
Azreform.info xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “Financial Times”ə müsahibəsində deyib.
"Biz bütün vəziyyəti öyrənirik. Kiberməkanda biz daha reaktiv hərəkət edirik. Reaktiv olmaqdansa, daha aqressiv və ya proaktiv olmağı düşünürük", - Draqone bildirib.
O əlavə edib ki, daha aqressiv hərəkət variant ola bilər, lakin hüquqi və yurisdiksiya çərçivələri məsələsi qalır: “Bəs bunu kim edəcək?”
Admiral onu da bildirib ki, ən vacib sınaq gələcək təcavüzün qarşısını almaqdır.
"Biz çəkindirmənin necə əldə olunduğuna dərindən nəzər salmalıyıq ", - admiral Draqone əlavə edib.
Mürtəza