AZ

Florida danışıqları ilə bağlı daha bir detal ortaya çıxdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ və Ukrayna arasında danışıqlar faktiki sərhədin harada olacağına yönəlib”.

Globalinfo.az xəbər verir ki, bu barədə iki Ukrayna rəsmisi “Axios” məlumat verib.

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bazar ertəsi Moskvaya getməyi və çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Əsas sual rusların mövqeyinin nədən ibarət olmasıdır. Uitkoffun Moskvadan nə gətirəcəyini görəcəyik”, – Ukrayna rəsmisi qeyd edib.

Dekabrın 1-də “Vol Strit Jurnal” öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Moskvaya gedirlər.

Xatırladaq ki, noyabrın 30-da Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner təmsil edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
25
globalinfo.az

10Mənbələr