AZ

Azad edilmiş ərazilərdə ötən ay 783 mina, 6510 PHS aşkarlanıb

ain.az, Apa.az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində 575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
237
32
apa.az

10Mənbələr