AZ

Zelenski Andrey Yermakın əvəzinə altı namizədi nəzərdənkeçirir

Ukrayna Prezidenti Vladimir Zelenski istefaya göndərilən Prezident Administrasiyasının (Ofis) rəhbəri Andrey Ermakın yerinə altı mümkün namizədi nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” nəşri öz mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, ən çox müzakirə edilən dörd namizəd belədir: Müdafiə naziri Denis Şmıqal, Birinci vitse-premyer Mixail Fedotov, Hərbi Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov, Prezident Aparatı rəhbərinin müavini Pavel Palitsa.

Nəşr həmçinin daha iki “az ehtimal olunan”, lakin nəzərdən keçirilən namizəd olduğunu, onların adlarının materialda açıqlanmadığını yazır.

Mənbənin bildirdiyinə görə, Zelenski artıq müəyyən edib ki, xarici siyasət məsələləri ilə daha çox özü, eləcə də XİN və digər strukturlar məşğul olacaq. Bu səbəbdən Prezident Aparatının yeni rəhbərinin əsas vəzifəsi ölkənin daxili siyasi proseslərinə nəzarət olacaq.

Xatırladaq ki, Zelenski 28 noyabrda Ermakın vəzifədən getdiyini açıqlamışdı. Video-müraciətində o, Ermakın danışıqlar prosesində Ukraynanın mövqeyini “lazım olduğu kimi” təqdim etdiyini qeyd edərək ona təşəkkür etmişdi.

Nuriyyə NATİQQIZI

Seçilən
92
24
redaktor.az

10Mənbələr