AZ

Bayden dövründə 100 minə yaxın əfqan yoxlanılmadan ölkəyə buraxılıb

Bayden administrasiyası dövründə (2021–2025) təxminən 100 min Əfqanıstan vətəndaşının müxtəlif səbəblərlə ABŞ-a köçdüyü açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) katibi Kristi Noem məlumat verib.

Noem X platformasında yazıb ki, Əfqanıstandan çıxarılma prosesinin idarə edilməsi “Amerika tarixində ən ciddi milli təhlükəsizlik böhranlarından biri” olub:

“Bayden administrasiyası təxminən 100.000 əfqan vətəndaşını lazımi yoxlamadan, onların şəxsiyyət və niyyətlərini müəyyən etmədən ölkəyə buraxdı”.

Onun sözlərinə görə, Donald Tramp administrasiyasının əsas hədəflərindən biri bu qərarların nəticələrini aradan qaldırmaq olacaq.

Noem bildirib ki, hazırda DHS ABŞ-da yaşayan bütün əfqan vətəndaşlara dair məlumatları, o cümlədən onların sosial media fəaliyyətlərini aktiv şəkildə yoxlayır.


Seçilən
20
operativmm.az

1Mənbələr