AZ

Honkonqda yanğında ölənlərin sayı 146-ya çatdı

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

Bu barədə "South China Morning Post" agentliyi məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi. Son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş verib.

"Cebheinfo.az"

Seçilən
222
13
cebheinfo.az

10Mənbələr