AZ

Kəlbəcərdəki yanğın Laçına keçdi

Kəlbəcərdə açıq ərazidə başlayan yanğın hadisəsi genişlənərək Laçın rayon ərazisinə keçib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.

Əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirir.

Seçilən
235
5
far.az

4Mənbələr