AZ

Ramiz Mehdiyev daha iki vəzifəsindən də azad olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının tərkibində dəyişiklik edilib.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Prezident İlham Əliyev bir neçə gün öncə bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Prezident yanında Heraldika Şurası 2006-cı ildə yaradılıb.

Hazırda adı çəkilən Şurada sədr müavini akademik Akif Əlizadədir.

Şuranın üzvləri aşağıdakı şəxslərdir:

Fərəh Əliyeva Elçin Bağırov Şahin Əliyev Əbülfəs Qarayev İsa Həbibbəyli Ömər Eldarov Gülçöhrə Məmmədova Fərhad Xəlilov Elbay Qasımzadə Çingiz Abdullayev Yaqub Mahmudov Nailə Vəlixanlı

Heraldika Şurası müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə əsas heraldika prinsiplərinin müəyyən olunması kimi məsələlərlə məşğuldur.

Xatırladaq ki, bu, Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevin Noyabr ayında uzaqlaşdırıldığı üçüncü vəzifədir. Bu günlərdə o, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü vəzifəsindən və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini postundan da azad olunub.

MənbəMODERN.AZ
Seçilən
258
22
banker.az

10Mənbələr