AZ

Bu sürücülər cərimələnir?

“Yol hərəkəti haqqında” qanuna görə, digər nəqliyyat vasitələri yalnız onlar üçün nəzərdə tutulmuş hərəkət zolaqları ilə hərəkət edə bilər və başqa zolaqlara daxil olmaları qadağandır. Bəs təcili yardım, yanğınsöndürən və digər operativ nəqliyyat vasitələri bu qaydanı pozduqda 100 manat cərimələnir?Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, operativ nəqliyyat vasitələri dedikdə üzərində xüsusi rəng sxemi, yazılar, tanınma nişanları olan, həmçinin xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər nəzərdə tutulur. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, belə nəqliyyat vasitələrinin sürücüləri yol hərəkətinin digər iştirakçıları qarşısında üstünlük qazanmaq üçün mütləq sayrışan işıq siqnalını və xüsusi səs siqnalını işə salmalıdırlar:“Bu nəqliyyat vasitələrinin sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra üstünlükdən istifadə edə bilərlər. Bu halda inzibati məsuliyyət tətbiq edilmir. Eyni zamanda, üstün hərəkət rejimli nəqliyyat vasitələrinin sürücüləri digər yol hərəkəti iştirakçılarını təhlükə altına qoymamaq şərti ilə qanunun müəyyən tələblərindən kənara çıxa bilərlər. Zərurət yarandıqda onlar daha yüksək sürətlə hərəkət edə bilərlər və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
244
39
metbuat.az

10Mənbələr