AZ

Kənd Təsərrüfatı nazirinin "sığorta əməliyyatı": XAÇMAZDA TƏKCƏ BU BAĞI ŞAXTA VURDİ, 700 MİN PUL ALDI


7NEWS.az xəbər verir ki, Xaçmazda bir fermerə 712 min manat sığorta ödənişi verilibmiş…

Aqrar Sığorta Fondunun açıqlamasına görə, guya mart ayında Nabran tərəfdə nektarin bağını "şaxta vurub”, iki mərhələli ekspertiza aparılıb və nəticədə rekord məbləğdə ödəniş ayrılıb.

Amma adamın ağlına bir sual yox, iki sual gəlir:

Birincisi: Necə olur ki, elə bil ölkədə yalnız bir bağ şaxtaya düşüb? O ətrafda yüzlərlə bağ var — nə üçün onların heç biri "vurulmayıb”?

İkincisi: Xaçmazda bu il elə sərt şaxta nə vaxt olub ki, nə rayonun, nə fermerlərin, nə də fermer qruplarının xəbəri var?

Bizə "şaxta vurub” deyirlər, amma soyuq sanki hava ilə yox, izahla bağlıdır. Ölkədə şəffaflıq olmayan yerdə hər havanın adı şaxta, hər izahatın adı ekspertiza olur.

7NEWS.az
 

Seçilən
8
11
7news.az

10Mənbələr