AZ

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbələr endirdi: Ölənlər var

BAKI, 28 noyabr. TELEQRAF

Rusiya ordusu Dnepropetrovsk vilayətinin Nikopol və Sinelnıkovo rayonlarını pilotsuz uçuş aparatları, artilleriya və uzaqdan idarəolunan bombalarla atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Vladislav Qayvanenko sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində iki nəfər həlak olub, iki nəfər yaralanıb. Bir yaşayış evi tamamilə dağılıb, daha beş evə ciddi ziyan dəyib, yerli litsey binasında yanğın baş verib.

Ukrayna hakimiyyəti hücumlar zamanı mülki obyektlərə zərbə endirilməsini beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Seçilən
187
50
teleqraf.com

10Mənbələr