AZ

Xıdırlıya köçən daha 13 ailəyə mənzillərinin açarları təqdim edildi


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 28-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.

Bu mərhələdə Xıdırlı kəndində gələn 48 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

ZÜMRÜD

Seçilən
238
15
baki-xeber.com

10Mənbələr