AZ

SON DƏQİQƏ: Rusiyaya ŞOK - Ukrayna kritik obyektləri vurdu

Noyabrın 28-i gecə saatlarında Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Saratov neft emalı zavoduna, Saki aerodromundakı pilotsuz uçuş aparatlarının anbarına və digər hərbi obyektlərə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Saratov neft emalı zavodunda bir neçə partlayış qeydə alınıb və zərbə endirilən ərazidə yanğın müşahidə olunub. Baş Qərargahın açıqlamasında deyilir ki, partlayışların nəticələri dəqiqləşdirilir.

Rusiya hakimiyyəti Saratov zavoduna zərbə endirilməsi barədə rəsmi məlumat verməyib. Lakin yerli sakinlərə istinad edən Rusiya teleqram-kanalları bildiriblər ki, partlayış səsləri gecə 1-dən səhər 5-ə qədər Saratov və Engels şəhərində eşidilib. Engelsdə hərbi aerodrom yerləşir.

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında açıqlama verərək, Saratov bölgəsi üzərində 30 pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Bu, payızın başlanğıcından bəri Ukrayna Baş Qərargahının Saratov neft emalı zavoduna zərbə endirilməsi barədə yeddinci açıqlamasıdır.

"Reuters" xəbər verir ki, "Rosneft"ə məxsus zavod noyabrın 14-də təkrarlanan növbəti pilotsuz təyyarə hücumundan sonra neft emalını noyabrın 11-də dayandırıb. Agentlik sənaye mənbələrinə istinadən bildirib ki, zavodun fəaliyyəti ayın sonuna qədər dayandırılıb.

Saki aerodromunda (Novofedorovka, Krım) pilotsuz təyyarələrin saxlandığı anbara da hücum qeydə alınıb. Aerodromdakı bir neçə hava hücumundan müdafiə qurğusunun, o cümlədən "Pantsir-S1" və "TOR-M2"nin vurulduğu, "Orion" və "Forpost" dronlarının yerləşdiyi anqarın məhv edildiyi bildirilir. Rusiyanın hava hərəkətini idarəetmə mərkəzi və "KamAZ" hərbi yük maşını da Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulub.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk və Luqansk vilayətlərində yanacaq-sürtkü materiallarının anbarlarına ziyan dəydiyini bildirib.

Musavat.com

 

Seçilən
312
10
musavat.com

10Mənbələr