AZ

Portuqaliya dünya çempionuOLDU

Qətərdə 17 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.

Redaktor.az xəbər verir ki, final oyununda Avstriya yığmasını minimal hesabla məğlub edən Portuqaliya millisi mundialın qalibi olub. Yeganə qolu “Benfika”nın hücumçusu Anisio Kabral vurub.

Üçüncü yer uğrunda qarşılaşmada isə İtaliya və Braziliya komandaları üz-üzə gəlib. Əsas vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında daha dəqiq (4:2) oynayan Avropa təmsilçisi bürünc medallara sahib çıxıb.

Seçilən
20
2
redaktor.az

10Mənbələr