"Publika.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.
"Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər", - deyə Rusiya Prezidenti qeyd edib.
Putin, həmçinin, bu cür görüşlər üçün Əbu-Dabi platformasının fəal şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, BƏƏ-də keçirilən son görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
"Orada qeyri-adi və ya məxfi heç nə baş vermədi. Rusiya tərəfindən həmin görüşdə Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri iştirak edirdi", - deyə o bildirib.
Rusiya Prezidenti, həmçinin, göstərilən yardıma görə BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib.