AZ

Vətən müharibəsi zabiti Tural Sadıqlının xəyanətini ifşa etdi - ŞOK VİDEO

İqbal Səfərov: “Onunla eyni millətdən olduğumuz üçün əvvəlcə utandım…”

Vətən müharibəsinin qazi zabiti, Şuşaya döyüşərək ilk girən ordu mənsublarımızdan olan İqbal Səfərov bir yazı ilə çıxış edib. Bu yazıda o, xaricdəki söyüş blogeri, vətən xaini Tural Sadıqlının xəyanətini ifşa edib. Onun yazısını və paylaşdığı videonu təqdim edirik.

Onu da bildiririk ki, Ermənistan xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən Tural Sadıqlı son 2 ayda Yeni Müsavat Media Qrupunu, TV Musavatın baş redaktoru Sevinc Telmanqızını hədəfə alıb. Bu yazıya və paylaşdığımız videoya baxanda, Tural Sadıqlının kimin sifarişi ilə bizləri hədəf aldığını anlamaq mümkündür.

İqbal Səfərov:

Qarşıma belə bir video çıxdı… Baxdım…

Eyni millətdən olduğumuz üçün əvvəlcə utandım. Sonra düşündüm ki, satqının, xainin vətəni olmur!

Azərbaycanlı olasan və belə ifadələr işlədəsən? Utanmadan “respublika” dediyin qondarma qurumu ermənilər özləri belə tanımadılar, sən nədən danışırsan? Bel bağladığın, ümid etdiyin o 17 minlik “ordu” isə gorbagor oldu. Azərbaycan əsgərinin qarşısında bir gün belə dayana bilmədilər.

O arxalandığın hərbçilər şəhərlərimizdə körpələrimizi, qadınlarımızı, mülki insanlarımızı raket zərbələri ilə qətlə yetirdilər. Cinayət törətdilər. Bizə “ağıllı olun” mesajı verdilər.

Allah böyükdür. Qisasımız qiyamətə qalmadı. Elə bu dünyada, sənin və sənin kimi qanıxarabların gözünün önündə Azərbaycan oğulları o terrorçuları diz çökdürdü.

Gələk sənə…

İllərlə Ermənistandan, diasporadan və müxtəlif yerlərdən maliyyə dəstəyi alıb kanal saxlayan Tural Sadıqlı. Nə oldu, oturub dilənməyə başladın ki, guya kanalını saxlamağa pulun çatmır?

Adam soruşar: bəs illərlə hardan gəlirdi o pul?

Cavab aydındır: elə özün kimi qanıxarablardan. İçimizdəkilərdən və çöldəkilərdən! Qanıxarabın da vətəni olmur!

Oturub xaricdə kanal açıb guya xalqın mənafeyini qoruyursuz.

Ən böyük mənafə VƏTƏNDİR!

Ən böyük borc VƏTƏNİ QORUMAQDIR!

Nəyin bahasına olursa olsun!

Erməni generalı vardı e, bizi qorxaq adlandırırdı. Ona sübut etdik! Dünya gördü!

Qulağını kəsməklə mərc gələn qardaşın var idi e… Ona da sübut etdik!

Qalmışdın sən…

Sən özün etdiyin çıxışlarla göstərdin ki, bu dövlətin, bu xalqın yanında yoxsan və heç vaxt da olmamısan!

İndi isə get, başqa qucaq axtar.

Bəlkə yenə kimlərsə qabağına üç-beş sümük atar, bir müddət səsin çıxar.

Amma artıq gecdir.

Maskan cırılıb tökülüb, üzün bəlli olub.

Vətənə xəyanətin sonu budur.

Həm tarix unutmur, həm də xalq.

 

İqbal Səfərov,
Vətən müharibəsi zabiti

Seçilən
41
50
musavat.com

10Mənbələr