AZ

Şimali Koreya məktəblərdə rus dilini məcburi fənn edib

Ajans.az xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya Təbii Sərvətlər naziri və Rusiya-KXDR Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksandr Kozlov bildirib ki, rus dili artıq Şimali Koreya məktəblərində məcburi dilə çevrilib. Onun sözlərinə görə, hazırda Rusiyada 3 mindən çox şagird Koreya dilini öyrənir və onların əksəriyyəti bunu ikinci və ya üçüncü xarici dil kimi öyrənir. Kozlov həmçinin əlavə edib ki, 2026-cı ildə KXDR-də Kim Çol-ju Normal Universitetində Rus Dilində Açıq Təhsil Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin binası hazırda tikilməkdədir.

 

Seçilən
27
Ajans.az

1Mənbələr