AZ

“Havay görüşləri Çin ABŞ hərbi əlaqələrinə müsbət təsir göstərib” MN

525.az saytına istinadən ain.az xəbər verir.

“Çin və ABŞ hərbi heyətləri arasında Havayda keçirilən görüşlər ikitərəfli hərbi münasibətlərin qurulmasına müsbət töhfə verib”.

525.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Bin deyib.

O, görüşlərin iki ölkənin hərbçiləri arasında əlaqələri və mübadilələri gücləndirməyə, anlaşılmazlıqların və yanlış hesablamaların qarşısını almağa, potensial riskləri və böhranları idarə etməyə yönəldiyini açıqlayıb. 

Bu istiqamətdə gələcək planlara gəlincə, rəsmi bildirib ki, hər iki tərəf hazırda işçi səviyyəsində məsləhətləşmələri davam etdirir, müvafiq məlumatlar uyğun vaxtda açıqlanacaq.

Qeyd edək ki, ABŞ və Çin silahlı qüvvələrinin nümayəndələri Havay ştatında görüşərək dəniz və hava təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr