Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.


Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Qeyd edək ki, yığmamız noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.