AZ

Azərbaycanda 7,5 milyona “Bugatti” satılır - FOTOLAR

Azərbaycanda maşın elanı saytlarının birindəki elan təəccübə səbəb olub.

“Cebheinfo.az” xəbər verir ki, “Bugatti” avtomobili satışa çıxarılıb.

“Bugatti Chiron Pur Sport” modeli 7 milyon 555 min 555 manata satışa çıxarılıb. 2023-cü ildə istehsal olunan avtomobilin mühərrik həcmi 8.0 litrdir. Üstəlik, 9 min 334 kilometr məsafəyə sahibdir.

1500 at gücündə olan maşının 360 dərəcə kamera, oturacaqların ventilyasiyası, dəri salon, oturacaqların isidilməsi, park radarı, lyuk kimi üstünlükləri var. Avtomobilin ABŞ-dən sifarişlə Azərbaycana gətiriləcəyi qeyd olunub. 

Seçilən
25
cebheinfo.az

1Mənbələr