AZ

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazda əməkdaşlıq perspektivləri müzakirə edilib

Ankara, 26 noyabr, AZƏRTAC

Türkiyən Milli Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin olunması üçün Cənubi Qafqazda rifaha töhfə verməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair yayılan məlumatda əksini tapıb.

İclasda Azərbaycanla Ermənistan arasında son dövrlərdə sülh prosesi çərçivəsində əldə olunan müsbət irəliləyiş fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Türkiyə Təhlükəsizlik Şurasının gündəliyində, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibə, Sudan və Suriyada vəziyyət, eləcə də ümumilikdə Yaxın Şərqdəki durumla bağlı məsələlər yer alıb.

Türkiyənin gündəmindən terrorizm probleminin tam şəkildə çıxarılması istiqamətində göstərilən səylərə ayrıca diqqət yetirilib.

Ukraynadakı vəziyyətlə bağlı döyüş bölgəsində gərginliyin yeni mərhələlərə keçməsi riskinin fonunda diplomatik səylərin əhəmiyyəti vurğulanıb. Davamlı və ədalətli sülhə nail olmaq istiqamətində səylərin davam etdirilməsinə dair qətiyyət bir daha qeyd edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
76
2
azertag.az

9Mənbələr