AZ

Qvineya Bisauda hərbi çevriliş olub

Hərbçilər Qvineya Bisauda hakimiyyəti ələ keçiriblər.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, prezident Ömər Sissoko Embalonun, daxili işlər nazirinin, Silahlı Qüvvələrin Baş qərargah rəisinin saxlandığı bildirilir. Afrikanın qərbində yerləşən adıçəkilən dövlətdə seçkilər ötən bazar günü keçirilib.

 

Sabah ilkin nəticələrin elan edilməsi gözlənilirdi. Seçkilərdə hazırkı prezident Ömər Sissoko Embalo və Fernando Diyas əsas namizədlər olub. Səlahiyyət müddəti bitən prezident və rəqibi özlərini seçkilərdə qalib elan ediblər.

Qeyd edək ki, Seneqal və Qvineya ilə həmsərhəd olan kiçik sahil dövlətində 1974-cü ildə müstəqil olduğunu gündən 2020-ci ilədək azı 9 çevriliş hadisəsi baş verib.

Seçilən
7
4
day.az

6Mənbələr