Avtosfer saytına istinadən ain.az xəbər verir.
Noyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının noyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.