Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 71,2 faiz artaraq 209,1 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Avstriyaya ixrac: 89,3 milyon dollar (+77 faiz)
Avstriyadan Azərbaycana idxal: 119,8 milyon dollar (+67,2 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 0,51 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi