AZ

13 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Anasını qətlə yetirib, evi yandırdı və QAÇDI – FOTO

Sankt-Peterburqda dəhşətli ailə faciəsi baş verib: Məktəbli qız anasını öldürdükdən sonra cinayəti gizlətməyə çalışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumata görə, 13 yaşlı qız anasının ona qarşı tətbiq etdiyi həddindən artıq qayğı və nəzarət (“hiper-himayə”) səbəbindən onu bıçaqlayaraq öldürüb.

Bildirilir ki, yeniyetmə 46 yaşlı anası Svetlana ilə tez-tez mübahisə edib. Bu yaxınlarda o, evdən qaçdığı üçün valideynləri onun hərəkət azadlığını məhdudlaşdırıblar.

Ötən gün növbəti münaqişə zamanı hisslərinə hakim ola bilməyən qız bıçağa əl atıb. Qətl törədilən zaman ailə başçısı işdə olub.

Cinayətdən sonra məktəbli izi itirmək üçün mənzildə yanğın törədib və pəncərədən qaçıb.

O, əvvəlcə hüquq-mühafizə orqanlarına yalan məlumat verərək, evə naməlum şəxsin daxil olduğunu, anasını öldürdüyünü, onun qolunu kəsərək yanğın törədib qaçdığını iddia edib. Lakin dindirmə zamanı o, hər şeyi uydurduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
148
26
interpress.az

10Mənbələr