Rusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, diyarın Arbitraj Məhkəməsi Baş Prokurorluğun bununla bağlı iddiasını təmin edib.
Məhkəmənin qərarına əsasən, Ş.Novruzovun sahibi olduğu “Tuapse Dəniz Kommersiya Limanı” MMC və “Predpriyatiye TMKP” MMC-nin səhmlərinin 100%-i, həmçinin Temryuk Dəniz Yük Terminalı, “Dar Frut” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.
İş üzrə cavabdehlər qismində Novruzovla yanaşı, əmlakların hazırkı sahibləri - sahibkar Oleq Basin və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti çıxış edib.