AZ

Ceyhun Bayramovun Vatikana səfəri

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində Prezidenti

İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfərləri nin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdimetmə mərasimi və hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb. 2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi də qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud gündəliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb, son zamanlar Azərbaycandan Müqəddəs Taxt-Taca baş tutan çoxsaylı yüksəksəviyyəli səfərlərin bunun bariz nümunəsi olduğu bildirilib.

Bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca cari ilin oktyabr ayında həyata keçirilmiş səfərinin əlaqələrimizin qarşılıqlı anlaşma və ortaq dəyərlər əsasında daha da möhkəmlənməsinə təkan verdiyi vurğulanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda həyata keçirilən mühafizə və bərpa layihələrinin humanitar sahədə əməkdaşlığımız üçün körpü rolunu oynadığı qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Seçilən
2
18
xalqqazeti.az

10Mənbələr