AZ

Gürcüstanda Rusiya yönlü “Sezon TV” bağlandı

Gürcüstanda prorusiya xəttinə yaxınlığı ilə tanınan “Sezon TV” 21 noyabrdan etibarən yayımını dayandırıb.

Redaktor.az xəbər verir ki, kanalın sahibi — tanınmış idmançı və biznesmen Georgi Kandelaki hazırda həbsdə olduğundan televiziya fəaliyyətini davam etdirməyib.

Redaksiyanın açıqlamasında bildirilib ki, kanalın fəaliyyətində əsas prioritet “Gürcüstanın milli maraqları və ölkənin sabit inkişafı” olub.

Kandelaki bundan əvvəl qanunsuz içki istehsalı və gömrüksüz tütün məhsulları satışı ittihamları ilə saxlanılmışdı. Hadisə Gürcüstanda media sektorunda Rusiya təsiri, Kremlin informasiya kanallarının ölkədəki mövqeyi və siyasi gərginliklə bağlı yenidən müzakirələr yaradıb.

Seçilən
12
2
redaktor.az

3Mənbələr