ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun ilk görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə İtaliyada "Napoli"yə uduzaraq (0:2) bu dəfə ölkəmizin xal ehtiyatını artıra bilməyib.
Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,125-də, son 5 ildəki göstəricisi isə 22.250-də qalıb.
Ölkəmizin reytinq sıralamasında mövqeyi isə dəyişməyib - 25-ci yer.
Qonşulardan bir addım öndəki Serbiyanın 22.875, təqibçimiz Sloveniyanın isə 22.218 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (101.005) başçılıq edir.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.