AZ

Gürcüstan və Sinqapur rəsmiləri Orta Dəhliz marşrutunu müzakirə ediblər

Tbilisi, 25 noyabr, AZƏRTAC

Orta Dəhliz marşrutu ticarət-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Sinqapurun bu layihəyə qoşulması dövlətlər arasında əlaqələrin inkişafına müsbət təsir gösərəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Sinqapurun nəqliyyat naziri Cefri Sie ilə görüşdə səsləndirib.

Görüş BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda davam edən Assambleyası çərçivəsində baş tutub. Nazirlər nəqliyyat, o cümlədən dənizçilik sahəsində əməkdaşlıq imkanlarını və perspektivlərini müzakirə ediblər. Regionlar arasında əlaqələrin gücləndirilməsi və ölkələr arasında əməkdaşlığın əhəmiyyəti görüşün əsas mövzularından olub.

M.Kvrivişvili Orta Dəhliz marşrutunun ticarət-iqtisadi baxımdan əhəmiyyətini vurğulayıb və Sinqapur tərəfinə Gürcüstanın bu marşrutun inkişafında gördüyü işlər barədə məlumat verib.

Söhbət zamanı mülki aviasiya sahəsində əməkdaşlıq imkanları, o cümlədən birbaşa uçuşların perspektivləri müzakirə olunub.

Hər iki tərəf nəqliyyat logistikası, limanların idarə olunması, dəniz sektorunun rəqəmsallaşdırılması və təhlükəsizlik sistemləri sahəsində əməkdaşlığa hazırdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
42
1
azertag.az

2Mənbələr